Ülyahəzrətləri Haya Bint Əl Hüseyn İçərişəhərlə tanış olmuşdur

Azərbaycanda səfərdə olan Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Ülyahəzrətləri Haya Bint Əl Hüseyn İçərişəhəri gəzmişdir.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirmişlər ki, qonağın İçərişəhərdə gəzintisi YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmiş, ölkəmizin ən möhtəşəm abidələrindən olan, bir neçə minillik tarixə malik Qız qalası ilə tanışlıqla başlamışdır. Bu abidənin yaxınlığındakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki daş ekspozisiyanın yenidən təşkili işləri qonağın marağına səbəb olmuşdur.
Qoşa qala meydanı ilə tanışlıq zamanı, qonağa meydan və burada yerləşən qədim binaların tarixi barədə məlumat verilmişdir.
Gəzinti zamanı qonaq, həmçinin milli mətbəximizin nümunəsi olan təndir çörəyinə qonaq edilmişdir.
İçərişəhərlə tanışlıq Azərbaycan xalqının mədəni irsinin incisi, dünya əhəmiyyətli tarixi abidə olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə davam etmiş və Beynəlxalq Atçılıq Federasiyasının prezidentinə kompleksə daxil olan abidələrin hər birinin memarlıq xüsusiyyətləri haqqında informasiya verilmişdir.
Ülyahəzrətləri Haya Bint Əl Hüseyn Məhəmməd Məscidinə gəlmiş və burada ötən il yekunlaşmış muzey-konservasiya işləri ilə tanış olmuşdur.
Qonaq "Kiçik Karvansara" abidəsində yerləşən Azərbaycan təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - "İncəsənət Bağı"ında olmuş və İçərişəhərin Fəxri qonaqlar kitabında öz ürək sözlərini qeyd etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında