“Qısametrajlı bədii film layihələri müsabiqəsi”nin qalibləri bəllidir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elan etdiyi “Qısametrajlı bədii film layihələri müsabiqəsi”nin qalibləri müəyyən edilib. Bu barədə nazirlikdən məlumat verilib. Kinematoqrafiya sahəsində çalışan gənclərin yaradıcılıq fəaliyyətini stimullaşdırmaq, audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək, milli-mənəvi və ümumbəşəri dəyərləri kino vasitəsi ilə təbliğ etmək məqsədilə müstəqil prodüser mərkəzləri tərəfindən müsabiqəyə                                                                                                                                                                                                              24 layihə təqdim edilib.

Onların arasından  münsiflər heyəti tərəfindən  4 layihə --“Protez” layihəsi  (“CNF production”), “Estakadada” layihəsi  (“Narimanfilm”), “Naməlum dahi” layihəsi  ( “Bravo Studio”),“Salam” layihəsi (“Zen Film”) qalib olaraq seçilib.

Qalib layihələrin Mədəniyyət Nazirliyinin sifarişi ilə onları təqdim etmiş şirkətlər tərəfindən “Azərbaycanfilm” kinostudiyasının bazasında istehsalı nəzərdə tutulur.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında