Antalyada fiziki imkanları məhdud rəssamlarımızın “Bir millət, iki dövlət” adlı sərgisi keçirilib

“Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu” İctimai Birliyi, Antalya Qəzeteçilər Cəmiyyəti, Antalya Türk Ocakları "AzəriMed", "Veysəloğlu" şirkətlər qrupu və "Lider Logistik" Antalyada fiziki imkanları məhdud olan istedadlı rəssamlarımız-- Ramil Əhmədov və Behbud Cəfərquliyevin sərgisini təşkil edib. Azərbaycan Cumhuriyyətinin 100-cü ildönümü ilə bağlı təşkil edilmiş və bələdiyyə sədrləri, QHT və KİV rəhbərləri, ziyalıların və yerli sakinlərin iştirak etdiyi sərginin açılışında Milli Məclisin deputatı Qənirə Paşayeva Ramil Əhmədovun və Behbud Cəfərquliyevin fitri istedadından bəhs edib. O deyib ki, bu iki gəncin əsərləri bir daha sübut edir ki, fiziki məhdudiyyətli insanlar cəmiyyətdə heç də yaşıdlarından geri qalmır, əksinə öz xəyal və arzularını gerçəkləşdirməyə daha çox can atırlar.

Q.Paşayeva bildirib ki, sərgidə nümayiş etdirilən əsərlərə baxdıqca, sanki tamaşaçı Ramil Əhmədovun və Behbud Cəfərqulievin işıqlı könül dünyasına səyahət edir, onların xəyal və fikirlərinin məhsulu ilə tanış olur. Onların əsərlərində vətənpərvərlik əsas xətt kimi keçir. Deputat hər iki rəssamın Azərbaycan, Türkiyə, Qarabağla bağlı çəkdikləri əsərlərini xüsusi vurğulayıb: "Ramilin və Behbudun qəlbində böyük  Türk dünyası sevdası var və  “Bir millət, iki dövlət” düşüncəsini onların bir sıra əsərlərində görmək mümkündür. Türkiyəni heç zaman görməsələr də, Türkiyəni çəkən bu gənclərə daha çox dəstək olmalıyıq və Türkiyədəki qardaş-bacılarımıza onlara göstərdikləri sevgi və dəstək üçün təşəkkür edirik”.

Q.Paşayeva gənclərə uğurlar arzulayıb və sərginin açılışında iştirak edən hər kəsə, xüsusilə sərginin təşkilində əməyi keçənlərə xüsusi təşəkkürünü bildirib. Sərgi iştirakçıları əsərləri satın almaqla birinci qrup əlil olan Ramil və Behbuda mənəvi və maddi dəstək olublar. Sərginin açılışında çıxış edən tədbirin təşkilatçılarından Antalya Qəzeteçilər Cəmiyyətinin rəhbəri M.Yeni, Antalya Türk Ocakları sədri A.Uysal, Kəpəz bələdiyyəsinin sədri H.Tütüncü hər iki rəssamın yaradıcılığına heyran olduqlarını bildirblər və “rəssam qardaşlarımızı burada görməkdən çox məmnunuq”-- deyiblər.

Yüzlərlə tamaşaçının iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. Rəssamlar və onların ailə üzvləri göstərilən dəstək üçün sərginin təşkilatçılarına və iştirakçılara təşəkkürlərini bildiriblər.

Eyni zamanda sərginin təşkilatçıları hər iki rəssamın Antalyanın tarixi-mədəni yerləri ilə yaxından tanış edib, onların KİV nümayəndələri və sənətsevərlərlə görüşünü də təşkil ediblər. Azərbaycandan ilk dəfə getdikləri xarici ölkənin məhz qardaş Türkiyə olmasının və ilk sərgilərinin də məhz orada keçirilməsindən çox xoşbəxt olduqlarını deyən rəssamlarımız R.Əhmədov və B.Cəfərquliyev onlara bu xoşbəxtliyi yaşatdıqları üçün sərginin təşkilatçılarına təşəkkür ediblər, bundan sonra daha əzmlə çalışacaqlarını və yeni sərgilərə hazırlaşacaqlarını bildiriblər. Onlar Türkiyə ilə bağlı çəkdikləri əsərlərini Türkiyənin prezidenti R.T. Ərdoğana, xarici işlər naziri M. Çavuşoğluna, Kəpəz bələdiyyəsinin sədri H.Tütüncüyə və Antalya Qəzetəçilər Cəmiyyətinin rəhbəri M.Yeniyə hədiyyə ediblər.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında