Lerikdə eradan əvvəl V-III əsrlərə aid qəbirlər və mədəniyyət nümunələri aşkarlanıb

Lerik rayonunun Gürdəsər kəndində aparılan arxeoloji qazıntılar zamanı eradan əvvəl V-III əsrlərə aid yeni insan qəbirləri və maddi-mədəniyyət nümunələri aşkar edilib.

APA-nın Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən verdiyi məlumata görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən 2012-ci ildən Lerikin Gürdəsər kəndində Piboz adlanan təpədə genişmiqyaslı arxeoloji qazıntı işləri aparılır.

Şəhərdən 20 kilometr aralıda yerləşən bu ərazidə antik dövrə aid torpaq qəbirlərin içərisindən o dövrün adət-ənənəsinə müvafiq olaraq sağ və sol böyrü üstə uzadılmış insan skeletləri, onların yanında isə saxsı qablar və tunc bəzək əşyaları, qılınclar, nizə, bıçaq aşkarlanıb. Eyni zamanda, heyvan şəklində qablar da vardır ki, bunların da xüsusi ayinlərlə bağlı olduğu bildirilir.

Ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli bildirib ki, Lerik rayonunun Gürdəsər kəndində qazıntılar zamanı ümumilikdə 180-dən çox qəbir aşkar olunub. Burada 2400-2500 il əvvəl geniş bir ərazini əhatə edən qəbiristanlıq olub. Qəbiristanlıq sıxlığı ilə də diqqət çəkir. Bu, onu göstərir ki, həmin dövrdə ərazidə 300-500 illik bir dövrü əhatə edən yaşayış olub.

Qeyd olunub ki, 2016-cı ildən antik dövr üzrə Lerik arxeoloji ekspedisiyasına amerikalı mütəxəssislər də dəvət olunub. Artıq üçüncü ildir ki, ekspedisiya beynəlxalq statusda fəaliyyət göstərir. Xarici mütəxəssislər burada əsasən heyvan və insan sümüklərinin araşdırılması üzrə antropoloji tədqiqatlar aparırlar.

Ekspedisiya fəaliyyətini iyulun 31-də yekunlaşdıracaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında