Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin AXC-nin 100 illik yubileyinə dəyərli töhfəsi

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illiyinə və muzeyin qarşıdan gələn 80 illiyinə həsr olunan iki plakat hazırlayıb. AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətinin rəhbəri Nərgiz Qəhrəmanovadan aldığımız məlumata görə, plakatlarda Ədəbiyyat Muzeyinin XX əsrin əvvəlləri və müasir dövrə aid görünüşü, bu məkanda keçirilən iclaslar, tarixi görüşlər, həmçinin Azərbaycanın görkəmli şəxsiyyətləri, şair və yazıçılarının şəkillərindən ibarət kollaj əks olunub.

Məlumdur ki, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi dünyada qədim zamanlardan bu günə qədər bir xalqın ədəbiyyatının keçdiyi inkişaf yolunu əks etdirən yeganə mədəniyyət ocağıdır. Muzeyin binası XIX əsrin ortalarında birmərtəbəli karvansara kimi inşa edilib. 1860-cı ildə Bakı Quberniyasının baş memarı Qasım bəy Hacıbababəyovun layihəsi əsasında binaya ikinci qat əlavə olunub. 1915-ci ildə mülki mühəndis Aleksandr Nikitinin yeni bir layihəsi əsasında isə tikiliyə daha bir mərtəbə artırılaraq, bina üçmərtəbəli “Metropol” mehmanxanasına çevrilib.

1918-ci ilin sentyabr ayında Bakı azad edildikdən və Milli hökumət Gəncədən Bakıya köçdükdən sonra AXC Nazirlər Kabineti “Metropol” adlanan indiki Ədəbiyyat Muzeyində yerləşib. Hökumət üzvləri burada həm yaşayıb, həm də fəaliyyət göstəriblər. Nazirlər Kabinetinin iclasları muzeyin hazırda “İstiqlal” zalı adlanan tarixi məkanında keçirilib, ölkə həyatını nizamlayan ən vacib qərarlar məhz burada qəbul olunub.

Qabil Yusifoğlu,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında