Antalyada Ağdamın işğalı ilə bağlı sərgi təşkil edilib

Milli Məclisin deputatı Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Antalya Qəzetçilər Cəmiyyəti Türkiyənin ən böyük turizm bölgəsi olan Antalyada Ermənistanın Ağdam rayonunu işğal etməsinin 25-ci ildönümündə bu qədim bölgədə tarixi-mədəni abidələrə qarşı törədilmiş vandalizm aktlarını özündə əks etdirən foto-sərgi təşkil edib, beynəlxalq ictimaiyyətə çağırış səsləndirib.

Sərginin açılışında Antalya Qəzetçilər Cəmiyyətinin başqanı Mövlud Yeni bildirib ki, qardaş Azərbaycanın qədim Ağdam bölgəsinin hələ də Ermənistanın işğalı altında olması və orada tarixi-mədəni abidələrə qarşı vandalizm aktları Azərbaycan qədər də  Türkiyəni narahat edir: “Ağdamın işğalı günündə bu sərgi və tədbirlə bütün dünyaya səslənirik: Bu işğala biganə qalmayın! Ermənistanın törətdiyi vandalizm aktlarına qarşı etiraz səsinizi yüksəldin”.

Qənirə Paşayeva mərasim iştirakçılarına məlumat verib ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə Ağdam rayonunun çox hissəsi işğal edilərək talan olunmuş və dağıdılmışdır. Rayonun əhalisinin çoxu məcburi köçkün kimi respublikanın 62 rayon və şəhərində məskunlaşmışdır. Təcavüzkar Ermənistan dövləti BMT Təhlükəsizlik Şurasının ərazilərin qeyd-şərtsiz azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı 4 qətnaməsinə, həmçinin digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərarlarına məhəl qoymur.

ATƏT-in Minsk Qrupu həmsədrləri olan ABŞ, Rusiya və Fransa münaqişənin həll edilməsi üçün, təəssüf ki, heç bir addım atmır. Azərbaycan həqiqətlərinin Türkiyədə və bütün dünyaya yayılmasında Türkiyə KİV-lərinin də üzərinə böyük missiya düşdüyünü deyən Qənirə Paşayeva  qardaş ölkənin yazarlarını bu istiqamətdə həssaslığı daha da artırmağa çağırıb.

Mərasimdə jurnalistlərə işğalçı Ermənistanın dağıtdığı tarixi-mədəni abidələrlə bağlı geniş məlumat verilib.

 

R.TAHİR,“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında