Tanınmış aktyorun 70 illik yubileyi Mərkəzi Elmi Kitabxanada qeyd olunacaq

İyulun 24-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında xalq artisti, görkəmli aktyor Rasim Balayevin 70 illik yubiley tədbiri keçiriləcək. Bu barədə AMEA-nın Mərkəzi Elmi Kitabxanasından məlumat verilib.  “Rasim Balayev. Milli yaddaşda qəhrəman obrazı” adlı tədbirdə mədəniyyət və incəsənət xadimlərinin iştirakı nəzərdə tutulur.

Yubiley mərasimində görkəmli aktyorun uğurlu səhnə fəaliyyətindən, filmlərdə yaratdığı yaddaqalan obrazlardan söhbət açılacaq.

Qeyd edək ki, AMEA Mərkəzi Elmi Kitabxanası və “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Rasim Balayevin 70 illiyi ilə bağlı azərbaycandilli vikipediyada olan məqalə  dörd dilə çevrilib.

Rasim Balayev haqqında AMEA MEK Sərbəst elektron resurslar şöbəsinin nəzdində yaradılmış Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən ərəb, fars, gürcü, türk dilli vikipediyalarda məqalələr hazırlanaraq yerləşdirilib. Məqalələr gürcü dilli vikipediyada araşdırmaçı Mehman İbrahimov, ərəbdilli və farsdilli vikipediyada tərcüməçi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin eksperti Ələddin Məlikov tərəfindən hazırlanıb.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında