Görkəmli dövlət xadiminə həsr olunmuş tədbir keçirilmişdir Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Behbudağa Şahtaxtinskinin 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Muzeyin direktoru Sübhi Kəngərli demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin "Görkəmli dövlət xadimi və diplomat Behbudağa Şahtaxtinskinin 130 illik yubileyinin keçirilməsi haqqında" 2011-ci il 21 fevral tarixli sərəncamına əsasən, Azərbaycanın ictimai-siyasi həyatında, dövlətçilik tarixində özünəməxsus yeri və rolu olan Behbudağa Şahtaxtinskinin həyatı, siyasi və diplomatik fəaliyyəti ilə bağlı araşdırmalar aparılır, yeni tədqiqat materialları üzə çıxarılır. Bu tədbir də görkəmli dövlət xadiminin həyat və fəaliyyətinin daha yaxından öyrənilməsi məqsədi daşıyır. Behbudağa Şahtaxtinski Naxçıvanın muxtariyyət qazanmasında, dövlətçilik tarixində mühüm rol oynamış, 1921-ci ildə Moskva müqaviləsinin imzalanmasında tarixi xidmətlər göstərmiş, əsl vətənpərvər olmuşdur. 
Tədbir iştirakçıları "Behbudağa Şahtaxtinski - 130" guşəsinə baxmışlar. Guşədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamının mətni, görkəmli diplomatın tədqiqatçısı, tarix elmləri namizədi Fizuli İbrahimzadənin "Behbud Şahtaxtinski", "Behbudağa Şahtaxtinskinin həyatı və siyasi fəaliyyəti" kitabları, müxtəlif qəzet və jurnallarda görkəmli dövlət xadimi haqqında yazılar yer almışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında