Misirli alimin “Müstəqillik dövrü Azərbaycan romanı” kitabının təqdimatı

science.gov.az-dan verilən məlumata görə iyulun 18-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydinin “Müstəqillik dövrü Azərbaycan romanı” kitabının təqdimatı olub.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli misirli alimin monoqrafiyasının müstəqillik dövrü Azərbaycan ədəbiyyatının öyrənilməsində əhəmiyyətindən danışıb. Bildirib ki, kitabda müstəqillik dövrü Azərbaycan ədəbiyyatında roman janrı mövzu, problematika və sənətkarlıq məsələləri kontekstində təhlil olunub. Ciddi yaradıcılıq axtarışlarının bəhrəsi olan monoqrafiyada təxminən on beş illik dövrün ədəbiyyatı araşdırma obyektinə çevrilib.

Kitabda İsmayıl Şıxlının “Ölən dünyam”, Əzizə Cəfərzadənin “Zərrintac-Tahirə”, “Eşq sultanı”, “Xəzərin göz yaşları”, Anarın “Ağ qoç, qara qoç”, Sabir Əhmədlinin “Axirət sevdası”, “Kef”, “Ömür urası” və digər yazıçılarımızın bir sıra əsərləri təhlil olunaraq mövcud ədəbi proses kontekstində dəyərləndirilib" - deyən AMEA-nın vitse-prezidenti romanın Misirdə eyni illərin müvafiq ədəbi örnəkləri ilə müqayisəli şəkildə araşdırıldığını qeyd edib. Alim bildirib ki, bu tipli müqayisəli təhlillər hər iki ədəbiyyatın bəlli janrlar çərçivəsində oxşar və fərqli dəyərlərini səciyyələndirməyə imkan verdiyindən elmi əhəmiyyət kəsb edir.

Tədbirdə digər çıxış edənlər üç fəsildən və 192 səhifədən ibarət bu kitabın misirli alimin Azərbaycan ədəbiyyatına, xüsusilə də roman janrına müasir yanaşmasını ortaya qoyduğunu qeyd ediblər.

Sonda çıxış edən kitabın müəllifi Əhməd Sami Elaydi tədbirin təşkilinə görə Ədəbiyyat İnstitutunun rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib.

 

İsaq Əmənullayev
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında