Milli Mətbuat günü qeyd edildi

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Qənirə Paşayeva, “Regional Huquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova və "Sağlamlığın Qorunması" İctimai Birliyinin sədri Yazgül Abdiyeva Milli Mətbuat günü münasibətilə xanım jurnalistlər üçün bayram tədbiri təşkil ediblər.

Tanınmış jurnalistlərin qatıldığı tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı Qənirə Paşayeva həmkarlarını Milli Mətbuat Günü münasibəti ilə təbrik edib. O, keçmiş jurnalistlik fəaliyyətinə hörmət əlaməti olaraq,-- "Özümü sizdən ayırmadığım üçün bayramımız mübarək olsun deyirəm. Arzu edirəm ki, jurnalistikamız daha da inkişaf eləsin! Uğurlarınız bol olsun”,-- deyib.

Deputat jurnalistlərin, xüsusən də xanım jurnalistlərin  gərgin əməyinin daim yüksək dəyərləndirilməli olduğunu deyib: “Siz mətbuatda böyük işlər görən xanımlarımızsınız. Media dördüncü hakimiyyətdir. Dördüncü hakimiyyət hər zaman öz yerində güclü olanda dövlət, cəmiyyət daha da inkişaf edir. Ona görə də hər zaman güclü olun. Ən əsası xoşbəxtliyiniz bol olsun! Qadın üçün jurnalist olmaq asan deyil. Peşəkar olmaq, uğurlar qazanmaq, uğurları davam etdirmək asan deyil. Mən sizi çox yaxşı anlayıram. Çünki həyatımın xeyli hissəsi bu sahədə keçib. Bir daha bayramınızı təbrik edirəm".

"Sağlamlığın Qorunması" İctimai Birliyinin sədri Yazgül Abdiyeva da media nümayəndələrini təbrik edib. Bildirib ki, sağlam baxış sağlam cəmiyyət deməkdir : "Siz jurnalistlər cəmiyyətin güzgüsüsünüz. Cəmiyyətdə gedən prosesləri cəmiyyətə çatdırırsınız. Bizim gördüyümüz işləri, keçirdiyimiz humanitar aksiyaları da vaxtında xalqa, cəmiyyətə ötürdüyünüzə görə sizə təşəkkür edirəm. Gözlərinizi qorumaq üçün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyi iyulun 20-də saat 9:00-dan 15:00-dək “Açıq qapı” günü keçirəcək, gözlərinizin hərtərəfli müayinəsini təşkil edəcək.  Bu aksiyaya hamınız dəvətlisiniz".

Sonda “Regional Huquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova da jurnalistlərə Milli Mətbuat Günü münasibətilə təbriklərini çatdırıb, işlərində uğurlar arzu edib. Onlarla hər zaman əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Müxtəlif televiziya, qəzet, sayt əməkdaşları maraqlı keçən bu görüşdə, çay süfrəsi arxasında cəmiyyətimizdə baş verən prosesləri müzakirə edib, fikir mübadiləsi aparıblar.Uzun müddətdən bəri görüşməyən həmkarları bir araya topladıqlarına görə bütün tədbir iştirakçıları təşkilatçılara minnətdarlıq ediblər. Maraqlı anlar İlqam Cəbiyevin foto- obyektivindən yan keçməyib.

Milli Mətbuatımızın növbəti ildönümü mübarək.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında