Rusiyanın "Mexatronika, avtomatlaşdırma, idarəetmə" elmi-tədqiqat və sənaye jurnalının baş redaktoru ilə görüş keçirilib

science.gov.az saytından verilən xəbərə görə AMEA İdarəetmə Sistemləri İnstitutunda Rusiyanın "Mexatronika, avtomatlaşdırma, idarəetmə" elmi-tədqiqat və sənaye jurnalının baş redaktoru, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin professoru Nikolay Filimonov ilə görüş keçirilib.

Görüşdə institutun direktoru, akademik Telman Əliyev rəhbərlik etdiyi müəssisədə yerinə yetirilən elmi-tədqiqat işləri barədə qonağa ətraflı məlumat verib.

Daha sonra professor N.Filimonov İdarəetmə Sistemləri İnstitutunun təklif etdiyi layihələr, burada hazırlanan cihaz və qurğular, həmçinin əməkdaşların monoqrafiyaları, xarici nüfuzlu jurnallarında dərc olunmuş məqalələri və s. materialları əks etdirən sərgi ilə tanış olub.

Anomal seysmik proseslərin qeydə alınması üçün quraşdırılan telemetrik seysmostansiyaların iş prinsipi və zəlzələnin baş verəcəyi zonaların parametrlərinin qeyd olunması mexanizmi qonağın xüsusi marağına səbəb olub.

Prof. N.Filimonov, həmçinin "Yenilməz riyaziyyatlaşdırılma və müasir idarəetmə nəzəriyyəsinin çoxşaxəli trendi" mövzusunda təqdimatla çıxış edib.

Görüşdə əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

İsaq Əmənullayev 
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında