"Xəbərlər" jurnalının növbəti sayı işıq üzü görüb

science.gov.az saytından verilən xəbərə görə  AMEA Naxçıvan Bölməsinin ildə dörd dəfə geniş oxucu kütləsinə təqdim etdiyi “Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb.

Təbiət və texniki elmlər sahəsini əhatə edən jurnalın yeni sayında elm və təhsil müəssisələrində çalışan əməkdaşların apardıqları tədqiqatların nəticələri kimya, biologiya, fizika və astronomiya bölmələrində işıqlandırılıb.

Jurnalda “Normal şəraitdə sürmə (III) oksidin nanohissəciklərinin alınması”, “Naxçıvan Muxtar Respublikası yeraltı sularının mənşəyi və formalaşma şəraiti”, “Təbii Naxçıvan mineralı əsasında NaOH mühitində ZK-4 seolitinin sintezi”, “Naxçıvan Muxtar Respublikası şəraitində sarıkök bitkisinin bioekoloji xüsusiyyətlərinin öyrənilməsi”, “Naxçıvan Muxtar Respublikası şəraitində payızlıq buğdaların abiotik amillərə qarşı davamlığının öyrənilməsi”, “Naxçıvan Muxtar Respublikası şəraitində yonca bitkisi xəstəliklərinin məhsuldarlığa təsirinin öyrənilməsi”, “Hündürlükdən asılı olaraq Naxçıvan Muxtar Respublikasının çaylarının enerji ehtiyatları” və digər başlıqlı məqalələr əksini tapıb.

Müəlliflərin istifadə etdiyi mövzu ilə bağlı elmi mənbələrə istinadların ədəbiyyat siyahısı da jurnalda göstərilib

İsaq Əmənullayev 
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında