Özbəkistanda çap edilmiş Azərbaycan ədəbiyyatı nümunələrinin təqdimatı barədə

science.gov.az-dan verilən məlumata görə, iyulun 16-da AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Orta Asiya və Pakistan üzrə müxbir Qulu Kəngərlinin Daşkənddə Azərbaycanın şair və yazıçılarının özbək dilinə tərcümə və çap etdirdiyi kitabların təqdimatı olub.

Əvvəlcə iştirakçılar özbək dilinə tərcümə edilərək çap olunan kitablardan ibarət sərgiyə baxıblar.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ədəbiyyat örnəklərimizin tərcümə olunaraq Özbəkistanda yayılmasının əhəmiyyətini vurğulayıb. Q.Kəngərlinin Özbəkistanda yaşadığı illərdə Azərbaycanın, o cümlədən ədəbiyyatımızın təbliği istiqamətində böyük işlər gördüyünü deyən alim onun zəhməti hesabına özbək dilində Azərbaycan ədiblərinin əsərlərindən ibarət 20 kitabının işıq üzü gördüyünü diqqətə çatdırıb.

Qeyd olunub ki, Q.Kəngərli 1990-cı il 20 Yanvar faciəsindən sonra “Şəhidlər”, ”Şəhidlər-2” bukletlərini, daha sonra “Qara yanvar şəhidləri”, “Erməni lobbisi: Azərbaycan faciəsi”, “Qanlı şənbəyə gedən yol” kitablarını çap etdirib. Özbəkistanda yaşadığı ilk günlərdən azərbaycanlıların Orta Asiya və Qazaxıstana sürgün edilməsi ilə əlaqədar materiallar yazan Q.Kəngərlinin ssenarisi ilə Daşkənddə “Sürgün” sənədli filmi ekranlaşdırılıb. O, alim və tərcüməçi Babaxan Şəriflə birgə “20-ci əsr Azərbaycan poeziyası antologiyası” və ”Müasir Azərbaycan poeziyası antologiyası”nı çapa hazırlayıb.

Tədbirdə Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru Ramiz Əskər, professor Məmməd Əliyev, AMEA Folklor İnstitutunun əməkdaşı Əli Şamil çıxış edərək Q.Kəngərlinin Azərbaycan ədəbiyyatının təbliği istiqamətində fəaliyyətini yüksək dəyərləndiriblər. Bildiriblər ki, alim Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin möhkəmlənməsində körpü rolunu oynayır.

Göstərdiyi diqqət və qayğıya görə Ədəbiyyat İnstitutuna minnətdarlığını bildirən Q.Kəngərli vurğulayıb ki, yaxın vaxtlarda Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və digər ədiblərimizin kitabları da özbək dilində çap olunacaq. O, bu işlərin həyata keçirilməsində Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin də mühüm rol oynadığını söyləyib.

İsaq Əmənullayev,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında