Kristin Maqri: Sərgi vasitəsi ilə Azərbaycana səyahət etdik

“Məhəbbət tandemi” adlandırılan bu sərgi çox gözəldir və maraqlıdır. Rənglər göz oxşayır. Tabloların ölçülər çox böyük deyil, ancaq insana ətraflı məlumat verir. Onlarda gündəlik həyat səhnələri əks olunub. Sanki Azərbaycana səyahət etdik.
 
Bu fikri AZƏRTAC-a müsahibəsində “Lions Clubs International” klubunun nümayəndəsi Kristin Maqri bildirib. 
O deyib: “Tablolar, xüsusilə də portretlər sanki insanla danışır. Mən bu sərgiyə gələrkən belə müsbət mənada təəccüblənəcəyimi gözləmirdim. Çox gözəl əsərlərdir”. 
Sərgiyə bir qrup nümayəndə ilə qatıldıqlarını söyləyən Kristin Maqri qruplarının bir milyondan çox üzvü olduğunu bildirib. “Azərbaycan mədəniyyətini çox sevir və onunla yaxından maraqlanırıq. Bir neçə ilə əvvəl Nitsa şəhərində  Azərbaycan caz musiqiçilərinin konsertini təşkil etmişdik. Ümumiyyətlə Azərbaycan mədəniyyəti ilə maraqlandığımız üçün harada olmasına baxmayaraq  tədbirlərdə iştirak edirik”, -deyə o vurğulayıb.
Şəhla Ağalarova,
 AZƏRTAC-ın xüsusi müxbiri
Kann

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında