“Çölçü” filmi mükafatlara layiq görülüb

Azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” filmi iki müxtəlif festivalda mükafatlara layiq görülüb. Film 6-cı “VIRGIN SPRING CINEFEST 2018”-in fevral ayı üzrə “Ən yaxşı bədii film” mükafatına layiq görülüb və “GOLDEN GALAXY AWARD” mükafatının “Yaxşıların yaxşısı” nominantı statusunu qazanıb.
 
“Çölçü” filmi Avropa, Asiya və Amerikadan olan kino ekspertlərindən ibarət münsiflər heyətinin rəyi nəticəsində “CULT CRITIC MOVIE AWARDS” jurnalının 2018-ci ilin yanvar ayı üzrə “Ən yaxşı bədii film” mükafatına layiq görülüb və bununla da Jan Lük Qodar mükafatına nominant statusu qazanıb. Mükafatların təqdimetmə mərasimi 2018-ci ilin oktyabr ayında Hindistanın Kəlküttə şəhərində keçiriləcək. 
Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı olan Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 37 beynəlxalq kino festivalında iştirak edərək mükafatlara layiq görülüb. “Çölçü” ümumilikdə 7 dəfə “Ən yaxşı bədii film”, 3 dəfə “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsifər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb. Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.
Mehdi MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında