Masallıda Kitab Günü keçirilib

   Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin təşkilatçılğı, Masallı rayon icra hakimiyyəti və təhsil şöbəsinin dəstəyi ilə Masallının Bədalan kəndində uşaqlar, gənclər üçün "İnkişafın yolu kitabdan keçir" adlı tədbir --Kitab Günü keçirilib.

Məktəblilərin hər birinə Azərbaycan tarixi, ədəbiyyatına dair, Qarabağla bağlı, dünya ədəbiyyatı ilə bağlı kitablar hədiyyə edən təşkilatın rəhbəri Arzu Bağırova onları daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova onları özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir. Özəlliklə qızlarımızın təhsilinə xüsusi diqqət göstərməliyik. Unutmamalıyıq ki savadlı cəmiyyət savadlı anadan keçir!", -- deyən A.Bağırova bildirib ki, bu cür tədbirlər davamlı olacaq, çox sayda kəndləri əhatə edəcək və kənd məktəbinə də kitab hədiyyələri təqdim edib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva bu cür layihələrin böyük əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir. Deputat, eyni zamanda, gəncləri orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı  yaxşı öyrənməyə çağırıb. O, uşaqların yay tətilinə buraxılmasına toxunaraq onları bu zamandan faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə səsləyib.

Uşaqları xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onları zamanlarını mənasız işlərə və ya verilişlərə, teleseriallara, şou proqramlarına ayırmamağa çağırıb. Deputat-- “ gənclər arasında zərərli vərdişlərə - narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir,”--deyib. Gəncləri bu zərərli vərdişlərdən tamam uzaq durmağa çağırıb və bu barədə geniş söhbət ediblər.

 Q.Paşayeva  və A. Bağırova tədbir iştirakçılarını maraqlandıran sualları  cavablandırıblar. RİH başçısının müavini, rayon təhsil şöbəsinin müdiri, Bədəlan kənd orta məktəbinin direktoru kitabla bağlı görüşlərə ehtiyac olduğunu deyib, kitab hədiyyələrinə görə onlara təşəkkür ediblər.

Tədbirin sonunda Q.Paşayeva müəllifi olduğu “Səni Allaha Eşq götürür” kitabını imzalı hədiyyə edib.

 Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında