Naxçıvan şəhərində məskunlaşma 8 min il əvvəl başlayıb

Naxçıvan təpə yaşayış yerində aparılan tədqiqatlar bu abidənin Eneolit dövrünün erkən mərhələsinə aid olduğunu, Naxçıvan şəhərində məskunlaşmanın 8 min il bundan əvvəl başlandığını göstərib.

Strateq.az saytının məlumatına görə, bunu AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev deyib.

Arxeoloq yeni yaşayış yerinin tədqiqinin yalnız Azərbaycan deyil, bütövlükdə bütün Cənubi Qafqazın Eneolit mədəniyyətinin ardıcıl mərhələlərinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu söyləyib. Qeyd edib ki, Naxçıvan bölməsinin arxeoloji ekspedisiyası hazırda Duzdağda və Naxçıvan təpədə tədqiqat işlərini davam etdirir.

Duzdağ ərazisində 2006-cı ildən başlayaraq arxeoloji qazıntıların aparıldığını deyən V.Baxşəliyev tədqiqatlar nəticəsində buradan Eneolit, Erkən Tunc, Dəmir dövrlərinə və Orta əsrlərə aid keramika materiallarının, daş çəkiclərin aşkar olunduğunu diqqətə çatdırıb. Həmin tapıntılara əsasən Duzdağda duz çıxarılması işinin Mis Daş dövründən günümüzə qədər davam etdiyi müəyyənləşib. O, aparılan tədqiqatlarla bağlı üç dildə (Azərbaycan, ingilis, rus) kitabın nəşr olunduğunu diqqətə çatdırıb.

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında