Dağıstan və Şirvan tarixinə dair Azərbaycan dilində yazılmış əsərin əlyazmasının surəti əldə edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Etnoqrafiya və Arxeologiya İnstitutunun kitabxanasından Dağıstan və Şirvan tarixinə dair Azərbaycan dilində yazılmış “Kitabi-nəsəbnameyi-ümərayi-Qaytaq” əsərinin əlyazmasının surətini əldə edib.

AMEA-nın saytında yerləşdirilən xəbərdə deyilir ki, əsərdə erkən orta əsrlərdən XIX əsrə qədər Dağıstan və Şirvanda cəmiyyətin siyasi, sosial-iqtisadi və diplomatik həyatında baş verən hadisələr şərh olunur.

Yazılı abidənin mühüm hissəsini Azərbaycan alimi Mahmud Xınaluqinin bölgənin tarixinə dair 1456-cı ildə Azərbaycan türkcəsində yazdığı əsərdən götürülmüş parçalar təşkil edir. Bu dəyərli mənbə orta əsrlərdə Azərbaycan türkcəsində yazılmış tarixi əsərlərin dilinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında