AMEA Mərkəzi Elmi kitabxanası Milli Mətbuat Gününə hazırlaşır

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK)  iyulun 18-də  “Milli Mətbuat Günü”nə həsr olunmuş “AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi” adlı tədbir keçirəcək. Bu barədə AMEA MEK-dən məlumat verilib. Tədbirdə MEK-in kitabxana-xidmət, Sərbəst Elektron Resurslar, İnformasiya resurslarına nəzarət və əlaqələndirmə, Beynəlxalq və ictimaiyyətlə əlaqələr, Rəqəmsallaşdırma, İnnovativ layihələr, Proqramçılar şöbələrinin mövzu üzrə əlaqələndirilmiş fəaliyyəti təqdim olunacaq. KİV nümayəndələrinin, ziyalıların, ictimai xadimlərin iştirak edəcəyi tədbirdə MEK-in innovativ fəaliyyətini obyektiv əks etdirmiş media qurumları (televiziya, radio, qəzet və jurnal, sayt, veb-səhifə, sosial şəbəkələr) və jurnalistlər ictimaiyyətə təqdim olunacaq.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında