Naxçıvanda “Nəsimi” filminin çəkildiyi qədim məkanlar ...

naxcivantv.az saytında verilən məlumata görə 45 il bundan əvvəl ilk dəfə ekrana çıxan və Azərbaycan kino salnaməsində özünəməxsus yer tutan “Nəsimi” tarixi-bioqrafik filminin Naxçıvan çəkilişləri maraqlı məqamları ilə yadda qalıb.

Ssenari müəllifi, Xalq yazıçısı İsa Hüseynov, rejissoru Həsən Seyidbəyli olan səhnə əsərinin çəkilişi zamanı həmin dövrdə hürufizmin yayıldığı bölgələrimizdən biri olan qədim Naxçıvanda aparılması ona yeni-yeni çalarlar qatıb.

Filmin yaradıcıları Suraxanı “Atəşgahı”nda, Şirvanşahlar Sarayında, karvansarada bəzi çəkilişləri apardıqdan sonra 1973-cü ilin avqust ayında Naxçıvana gəliblər. Çəkilişlərin aparılacağı yer kimi muxtar respublikanın Culfa rayonunun ərazisində yerləşən Əlincə qalası və Əlincəçayın vadisi boyu Xanəgah kəndinə yaxın məkanlar seçilib. Təbii ki, bu ərazi tarixi baxımdan diqqəti cəlb etməklə filmə uyğun bir sahə idi. Ssenaridə kütləvi səhnələr olduğuna görə, bura yerli sakinlərin də cəlb edilməsi qərara alınıb. Filmin çəkilişində naxçıvanlıların da fəal iştirak etməsi kütləvi səhnələrin daha canlı alınmasına imkan yaradıb…

 

İsaq Əmənullayev
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında