“Su-- müharibə maşını” sənədli filminin təqdimatı olub

Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Su--Taleyi dəyişmiş həyat mənbəyi” layihəsi çərçivəsində dörd dildə (azərbaycan, ingilis, rus və ərəb) çəkilmiş “Su-- müharibə maşını” sənədli filmini təqdimatı olub.

Videomaterialda işğal altındakı ərazilərdən axan çay və su mənbələrinin çirkləndirilməsi, Ermənistanın işğalçı ordusunun Sərsəng Su Anbarının qarşısını kəsməsi nəticəsində cəbhə xətti rayonlarına vurulan ziyan, yaranmış ekoloji böhran və bölgədə yaşayan insanların üzləşdiyi su problemi əks olunub.

Sənədli ekran əsərində su məsələləri üzrə beynəlxalq ekspert “Dünya su müharibələri” kitabının müəllifi Adel Dərvişin, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun müsahibələri yer alıb.

Ermənistanın Azərbaycana qarşı ekoloji təcavüzü dayandırmasını tələb edən "Azərbaycanın sərhəd bölgələrində yaşayan sakinlərin qəsdən sudan məhrum edilməsi" adlı 2085 saylı AŞPA qətnamənin tələblərinə dair müddəalar, işğal nəticəsində Azərbaycanın su təsərrüfatına dəyən ziyan haqda statistika da filmdə əksini tapıb.

40- dan çox media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi təqdimatda filmin mövzu ilə bağlı həqiqətlərin müxtəlif dillərdə açıqlanmasına ilk təşəbbüs olduğunu deyən U. Mirzəyevin bu istiqamətdə işlərin beynəlxalq auditoriyaya çıxarılmasının əhəmiyyətinə toxunub.  Elçin Mirzəbəyli, Arzu Nağıyev, Azər Həsrət, Əliməmməd Nuriyev, Aqil Camal, Namiq Mayılov aktual məsələ olan su problemini qlobal səviyyədə və professional təqdim edildiyini bildiriblər.

Xatırladaq ki, “Su--müharibə maşını” 17--23 martda Braziliyanın paytaxtında keçirilən 8-ci Beynəlxalq Su Forumunda təqdim olunmuşdu. Bu forumda Azərbaycanı təmsil edən BAMF-ın prezidenti Umud Mirzəyev işğal altındakı ərazilərdən axan çayların çirkləndirilməsinin, qarşısın kəsilməsinin, eləcə də müxtəlif partladıcı qurğular axıdılmasının beynəlxalq hüquqa zidd olduğunu bildirmişdi.

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında