Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyi Mərkəzi Zabitlər Evində qeyd edilib

Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə hərb tariximizdə öz cəsurluğu və mərdliyi ilə seçilən qəhrəmanlarımızdandır. Onun İkinci Dünya müharibəsində göstərdiyi rəşadət bu gün də gənc nəsilə çatdırılır və qəhrəmanın xatirəsi ehtiramla yad edilir. Bu fikirlər Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin təşkilatçılığı ilə cəsur kəşfiyyatçının 100 illik yubileyi münasibətilə keçirilmiş tədbirdə səsləndirilib. 

Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 iyun tarixli Sərəncamına uyğun olaraq keçirilmiş tədbirdə Mərkəzi Zabitlər Evi kollektivi, hərbi qulluqçuları, QHT və ictimaiyyətin  nümayəndələri  əvvəlcə ümummilli lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Sonra qəhrəmanın şərəfli həyat yolu haqqında ətraflı məlumat verilib.  Vurğulanıb ki,  “Mixaylo” adı ilə tanınan Mehdi Hüseynzadə çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanıb. O, Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazıb. Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizi layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.

Çıxış edənlər dövlətimizin Mehdi Hüseynzadənin xatirəsinə olan dərin ehtiramını da xüsusi qeyd ediblər.

Qeyd edək ki, Mehdi Hüseynzadənin məzarı Sloveniyanın Çepovani kəndindədir.

 

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında