“İmadəddin Nəsimi: İraq divanı” kitabının təqdimatı

 Azərbaycanin görkəmli ədəbiyyatşunas alimi, professor Qəzənfər Paşayevin “İmadəddin Nəsimi: İraq divanı” və onun ədəbi, elmi yaradıcılığını əks etdirən “Biblioqrafiya” adlı kitabının Mirzə Fətəli Axundov adına Milli Kitabxanada təqdimat mərasimi keçirilib.

Elm adamları və bir sıra ziyalıların iştirak etdiyi tədbiri giriş sözü ilə açan Axundov adına Milli  Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, ədəbiyyatımıza töhfə olan sözügedən kitabların məhz bu kitabxanada keçirilməsi əlamətdar hadisədir. O görkəmli ədəbiyyatşunas alim, “İmadəddin Nəsimi: İraq divanı” kitabının tərtibçisi və ön sözünün müəllifi, professor Qəzənfər Paşayevin yaradıcılığını yüksək qiymətləndirərək onun növbəti kitabının da digərləri kimi elmi, ədəbi ictimaiyyətdə hadisəyə çevrildiyini vurğulayıb.

 AMEA Nizami adına ədəbiyyat İnstitutunun direktoru, professor İsa Həbibbəyli Qəzənfər Paşayevin bütövlükdə elmi-ədəbi yaradıcılığını yüksək qiymətləndirərək onun Azərbaycan ədəbiyyatşunaslığı və filologiyasına verdiyi töhfələrdən danışıb.  “Altı il Dəclə və Fərat sahillərində” kitabını xatırladan İsa Həbibbəyli növbəti kitabın-- “İmadədddin Nəsimi: İraq divanı”nın İraq və Azərbaycan ədəbi əlaqələrində mənəvi körpü olduğunu vurğulayıb və bildirib ki, Nəsimi yaradıcılığını öyrənən ziyalılar, xüsusilə də gənc tədqiqatçılar üçün dəyərli bir mənbədir.

Milli Məclisin deputatı və "Nəsimi dünyası" layihəsinin həyata keçməsinə dəstək göstərən "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin sədri Qənirə Paşayeva çıxış edərək əmisi Qəzənfər Paşayevin ustad şair Nəsiminin yaradıcılığını əks etdirən  sözügedən kitabın nəşr olunma zərurətindən və əhəmiyyətindən danışıb. Professor Qəzənfər Paşayevin bu kitabının ustad şair Nəsimi irsinin latın qrafikalı əlifba ilə nəşr edilməsini gənc nəsilə çatdırmaq baxımından mühüm addım hesab edib.

O çıxışında Nəsimi yaradıcılığını, onun fəlsəfi görüşlərinin əsas məzmununu  məhz Qəzənfər müəllimin söhbətlərindən öyrəndiyini vurğulayıb. İllər öncə Suriyaya səfər edərkən Hələb şəhərində ustad sənətkarın məzarını da ziyarət etdiyini xatırladan millət vəkili Qənirə Paşayeva ulu öndər Heydər Əliyevin sənətkara verdiyi diqqətdən də söz açıb. Onun sözlərinə görə, Nəsimi yaradıcılığının və fəlsəfi fikrinin əsasında kamil insan anlayışı dayanır və insanın yaradanın bir parçası olduğun vurğulanır. O bildirib ki, işıq üzü görmüş kitab gənclərin daha çox faydalanması üçün  müxtəlif təhsil ocaqları, kitabxanalara paylanılacaq.

Kitabın ərsəyə gəlməsində maddi-mənəvi dəstəyini əsirgəməyən iş adamı Tahir Gözəl  Nəsimi irsinin özəlliklərindən danışıb və bu nəşrə dəstək olduqları üçün məmnunluğunu dilə gətirib və Nəsimi yaradıcılığından geniş söz açıb. Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, filologiya elmlər doktoru,  Şirindil Alışanov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Ensiklopediya Mərkəzinin direktor müavini Vaqif Bəhmənli, professor Rəhim Əliyev və digərləri çıxış edərək Qəzənfər Paşayevin elmi yaradıcılığını yüksək dəyərləndiriblər və onun ziyalı və şəxsiyyət kimi müsbət cəhətlərini səciyyələndiriblər.

 Qəzənfər Paşayev onun yaradıcılığı ilə bağlı səslənən xoş sözlərə görə təşəkkür edib və İraq divanının necə tapılmasından söhbət açıb. O bildirib ki, latın qrafikasında işıq üzü görmüş bu kitab Nəsimini daha geniş auditoriyaya çatdırılmasına kömək olacaq. Professor kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.

Z. BƏŞİRQIZI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında