Mədəniyyət və Turizm Nazirliyində İSESKO-nun baş direktoru ilə görüş olmuşdur

Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizə gəlmiş İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri aprelin 6-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşmüşdür.
Görüşdə forumun proqramı, məqsəd və əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Ə.Qarayev mədəniyyətlərarası dialoq imkanlarını genişləndirmək məqsədi daşıyan forumun Azərbaycanın mədəniyyətlərarası münasibətlərdə nüfuzunun yüksəlməsində, xüsusilə müxtəlif ölkələrlə əlaqələrinin dərinləşməsində böyük əhəmiyyəti olacağına əminliyini söyləmişdir.
Forumun proqramı haqqında qonağa məlumat verən nazir vurğulamışdır ki, sessiyaların mövzuları artıq elan edilmişdir. Dünyanın beş qitəsindən nümayəndələrin təmsil olunacağı forumun sessiyalarında mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi istiqamətində konkret təşəbbüs və layihələr diqqət mərkəzində olacaqdır. Eyni zamanda, dinlərarası dialoq, mədəniyyətlərarası dialoqun inkişafında qadınların aparıcı rolu, media və sosial şəbəkələrin bu sahənin inkişafına təsiri və s. mövzular da müzakirə ediləcəkdir.
Qloballaşma proseslərində mədəniyyətin xüsusi rolunu xatırladan Ə.Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən forumun bu proseslərdə ölkəmizin mövqeyini daha da möhkəmləndirəcəyinə, mədəniyyətimizin inkişafına töhfələr verəcəyinə əminliyini bildirmiş, forumun hər il keçirilməsinin vacibliyini vurğulamışdır.
Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycanın bu cür mötəbər tədbirlərin keçirilməsində zəngin təcrübəsi və böyük potensialı olduğunu söyləmiş, forumun işinə uğurlar arzulamışdır.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında