“Döngə” sənədli filmi təqdim edilib

    “CinemaPlus Azerbaijan” kinoteatrında “Döngə” sənədli filminin təqdimat mərasimi keçirilib. Kinoteatrdan  bildiriblər ki, film “ƏSA” teatrı və onun əməkdaşlarının fəaliyyəti, həyatları barədə əhvalatlardan bəhs edir.

Filmin ssenari müəllifi və rejissoru Vəfa Ağabalayevadır. Ekran işində qəhrəmanlar öz həyat hekayələri, məşğuliyyət və maraq dairələri barədə tamaşaçılara məlumat verirlər. Rejissor, eyni zamanda, insanlara biganə yanaşmamağa və fərqləri deyil, istedadları görməyə çağırır. O, həmçinin fiziki məhdudiyyətli insanların cəmiyyətə mesajlarını film vasitəsilə çatdırmağa çalışıb.

Xatırladaq ki, “ƏSA” teatrı əlilliyi olan və olmayan insanların birlikdə çıxış etdikləri ilk teatrdır.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında