“İran və Azərbaycan ortaq mədəniyyətə və tarixə malikdir”

Bu sözləri Azərbaycanda İran mədəniyyəti günlərinin açılışına həsr edilmiş mətbuat konfransında qonşu ölkənin mədəniyyət naziri Seyid Abbas Salehi deyib. Onun  sözlərinə görə, tarix boyu Azərbaycan və İran xalqları yaxın münasibətdə olublar: “Biz həm xoşbəxt, həm də çətin günlərdə bir-birimizi dəstəkləmişik. Azərbaycanda İran mədəniyyəti günlərinin keçirilməsi bizim nə dərəcədə yaxın olmağımızı göstərir”.
 
Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev də iki xalqın yaxınlığını qeyd edib: “Belə tədbirlər sayəsində ölkələrimiz daha da yaxınlaşır və biz bütün sahələrdə əməkdaşlığın yeni yollarını tapa biləcəyik”. 
Qeyd edək ki, mədəniyyət günlərinin proqramına əsasən, iyunun 27-də  Azərbaycan Dövlət Akademik Filarmoniyasında İran mədəniyyəti günlərinin rəsmi açılışı və İran Milli Orkestrinin konserti olub. Həmin  gün İran incəsənət ustalarının əl işləri, milli geyim nümunələri, turizm, xəttatlıq, foto və rəsm əsərlərindən ibarət sərgi açılıb.
Dünən  Nizami Kino Mərkəzində tanınmış rejissor Məhəmmədrza Məcidi Taleşin “Məhəmməd: Allahın elçisi” bədii filminin təqdimatı keçirilib. Elə həmin gün Azərbaycan Dövlət Musiqili Teatrında Titovak Teatrının “İlahi Komediya. Cəhənnəm” tamaşası (ssenari müəllifi və rejissoru İbrahim Poştkuhi) nümayiş etdirilib.
Bu  gün isə  Gəncə Dövlət Filarmoniyasında İran Milli Orkestrinin konserti olacaq.
M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında