Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Azadlıq nəğməsi” siyasi-tarixi romanı çap edilib

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Azadlıq nəğməsi” siyasi-tarixi romanı çap edilib. AZƏRTAC-ın Türkiyə üzrə xüsusi müxbiri Sabir Şahtaxtının müəllifi olduğu roman Azərbaycan xalqının milli dövlətçilik uğrunda apardığı siyasi mübarizəni, xüsusilə dövlət müstəqilliyimizin bərpası prosesində keçdiyimiz şərəfli və keşməkeşli yolu tərənnüm edir. 
 
Şahvə və Şölə adlı obrazların həyat yolunu qələmə alan müəllif Azərbaycan xalqının azadlıq istəyinin ölməzliyini oxucuya çatdırmağa çalışır. Şölənin ailəsində yaşanan bütün faciələrin səbəbkarı ermənilərin Dağlıq Qarabağa olan əsassız ərazi iddiasıdır. Bu ailədə yaşananlar Azərbaycanın müstəqilliyi uğrunda ağrılar yaşayan, şəhid verən bütün ailələrin həyat dramları, ailə acısı kimi təsvir edilir. Müəllif XX əsrdə yaşadığımız ictimai-siyasi proseslərə peşəkarlıqla nəzər salır, torpaqlarımızın bir hissəsinin işğal edilməsini, habelə Naxçıvanın işğal təhlükəsindən xilasını, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ötən əsrin sonundakı tarixi xilaskarlıq missiyasını real hadisələrin fonunda təsvir edir.
Şahvə yanvarın 20-də, Şölə isə fevralın 26-da doğulublar. Hər iki gəncin ən böyük arzusu ad günlərini qeyd etmək olsa da, xalqımızın taleyindəki 20 Yanvar faciəsi və Xocalı soyqırımı onların bu istəyini ürəklərində qoyur.
Əsərdəki bütün proseslər bu iki qara günlə bağlanaraq obrazlı şəkildə oxucuya çatdırılır. Xüsusilə gənc nəsil üçün maarifləndirici və vətənpərvərlik ruhu aşılayan “Azadlıq nəğməsi” romanı 1988-ci il 5 dekabr hadisələrindən başlayaraq xalqımızın başına gətirilən bütün müsibətləri özündə əks etdirir. 
Qeyd edək ki, “Azadlıq nəğməsi” İstanbulda türk dilində, İranda isə farsca çapa hazırlanır. Əsərin türk dili versiyasının ön söz müəllifi görkəmli alim, professor Aygün Əttar, tərcüməçisi tanınmış yazıçı-publisist Mətin Yıldırımdır. 
Kitabın fars versiyası isə tanınmış şair-yazıçı Əkbər Əlyar Həmidinin tərcüməsində və ön söz müəllifliyində nəşrə hazırlanıb.
AZƏRTAC

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında