Azərbaycanda Yoqa həftəsi keçirildi

 4-cü Beynəlxalq Yoqa Günü münasibətilə Bakıda, Sumqayıtda və Qobustanda yoqa ilə bağlı bir həftə boyunca (17-24 iyun 2018-ci il) müxtəlif tədbirlər həyata keçirilib. Hindistanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı,  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu və Azərbaycandakı müxtəlif yoqa məktəblərinin dəstəyi ilə keçirilən tədbirlərdə mindən artıq sayda yoqa sevərləri və həvəskarları iştirak ediblər.

 Yoqa həftəsi 17 iyunda Atəşgah Od Məbədində çoxinanclı od mərasiminin keçirilməsi və açıq havada yoqa ilə başladı. 21 iyunda Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən əsas yoqa tədbirində Azərbaycan Respublikası Hökumətinin və BMT-nin Bakı ofisinin nümayəndələri iştirak etmişdir.Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rəhbəri Qulam İsakzai gender bərabərliyini və qadınların gücləndirilməsini təbliğ etmək məqsədilə sosial media təşəbbüsü olan “ Yoga Challenge – 2018”i  irəli sürmüşdür.

 Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 18 iyunda Sumqayıt Dənizkənarı Bulvarında, 20 iyunda Yanardağda və 23 iyunda Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda keçirilən yoqa tədbirlərində yüzlərlə insan iştirak etmişdir. Yoqa həftəsi Bakıdakı  Art of Living, Shivananda Yoqa məktəbi, Yoqa Shahi, Yoqa Academy Baku məktəbləri, Pullman hotelinin tərəfdaşlığı ilə həyata keçirilmişdir. Yoqa tədbirlərinə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi (Qayğı), İSCKON və Brahma Kumaris də qoşulmuşdur.

 Birləşmiş Millətlər Təşkilatı  və ona üzv ölkələr 11 dekabr 2014-cü ildə 21 iyunu Beynəlxalq Yoqa Günü elan etmişdir. Həmin tarixdən etibarən Beynəlxalq Yoqa Günü yoqanın fiziki və əqli faydaları haqqında məlumatı artırmaq məqsədilə hər il qeyd olunur. Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Sanjay Rana yoqanın fiziki məşğələlərdən daha çox, bədən və ağıl arasında harmoniyanı inkişaf etdirmək məqsədilə fiziki və tənəffüs məşğələləri sistemi olduğunu bildirmişdir.Yoqa ilə müntəzəm şəkildə məşğul olmaq fiziki xəstəliklərdən yayınmaq və streslə mübarizə aparmaq üçün davamiyyət yaradır.

 24 iyunda Yeni Bakı Bulvarında YARAT Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunan yoqa  müxtəlif tədbirlərdən və mədəni proqramdan ibarət olmuşdur.

                                                                             Afət Sadıqoğlu

                                                                             “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında