“Şuşanın sədaları”

Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda “Şuşanın sədaları” adlı konsert təşkil edilib. Tədbir Şuşa şəhər musiqi məktəbləri şagirdlərinin iştirakı ilə baş tutub. Konsert Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordumuzun yaranmasının 100 illiyinə həsr olunub. 
 
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək tədbirin əhəmiyyətindən söhbət açıb. Xalq artisti tədbir iştirakçılarına Qarabağ torpağının dilbər guşəsi olan Şuşanın füsunkar təbiəti və qədim mədəniyyəti haqqında danışıb. Şuşadan çıxmış istedadlı insanların mədəniyyətimizin inkişafında böyük töhfələr verdiyini diqqətə çatdırıb. F.Əlizadə bildirib ki, bu tarixi torpağımız 26 ildir yağı düşmən tapdağı altındadır. Amma Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız azad olunacaq və həmin gün uzaqda deyil. 
Şuşa Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətullayeva isə işğalçı Ermənistanın Azərbaycan xalqının başına gətirdiyi fəlakətlərdən bəhs edib. Bu gün işğal altında olan Şuşa şəhərinin bədnam düşmənlər tərəfindən viran edildiyindən, tarixi mədəniyyət abidələrinin dağıdıldığından danışıb. 
V.Fətullayeva gənc musiqiçilərə yaradılan şərait, onlara göstərilən qayğı üçün F.Əlizadəyə təşəkkürünü bildirib. Həmçinin üç dildə nəşr olunan “Qarabağ” kitabı bəstəkara təqdim edilib.
Sonda musiqi məktəbi şagirdlərinin ifası tədbirə əlavə rəng qatıb. 
Ü.VAHİDQIZI,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında