“Mədəni sənaye sahələrində investisiyaların əhəmiyyəti və gənclər arasında işsizliyin azaldılmasında onun rolu”

Azərbaycan Xalça Muzeyində   bu mövzuda seminar keçirilib. Seminar Mədəniyyət Nazirliyi və İSESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun böyük məsləhətçisi Ramil Abbəkirov çıxış edərək seminarın “İslam mədəniyyətinin paytaxtı Naxçıvan - 2018” tədbiri çərçivəsində keçirildiyini bildirib. Qeyd edib ki, tədbirdə ölkəmizdə mədəniyyət və incəsənət sahəsində imkanlar, beynəlxalq təcrübələr, həmçinin məşğulluq imkanları, mədəniyyət sahəsinə investisiya yatırımları, habelə mədəni sənaye və elm tutumlu iqtisadiyyat sahələrində gənclərin bilik və bacarıqlarının artırılması kimi mövzular müzakirə olunub.

İSESCO-nun nümayəndəsi Foued El Ayni seminar iştirakçılarını salamlayıb, təlimin önəmini vurğulayıb. Mütəxəssis diqqətə çatdırıb ki, seminar mədəniyyət sahələrinin inkişafına yönəlmiş layihə kimi nəzərdə tutulub. Qeyd olundu ki, gənclər arasında işsizlik yoxsulluq və ekstremizmə məruz qalma kimi hallara yol açır. Müvafiq qurumlar mədəniyyət sahəsinə diqqət ayırmaqla həm işsizliyin aradan qaldırılmasına, həm də mədəni sahənin təşviqinə nail ola bilərlər. Bu mövzu BMT-nin 2030-cu ilədək davamlı inkişaf proqramlarında da öz əksini tapıb.

Məruzələr ətrafında kreativ sənayenin inkişafı, mədəni sənaye sahəsində çalışan insanların düşüncə və təkliflərinin reallığı, mədəni sənayenin inkişafına verilən töhfələr, kreativ sənayeyə cəlbetmə yolları, mədəni marketinq kimi məsələlər müzakirə edilib. Həmçinin mədəni istehsalatda istehlakçı və istehsalçı arasında məsafə, istehlakçı marağı, yardımçı peşələrlə bağlı məlumatlar təlim iştirakçılarının nəzərinə çatdırılıb. Vurğulanıb ki, kreativ sənaye və mədəni sənaye mədəniyyət siyasəti strategiyası çərçivəsində inkişaf etdirilməlidir. Seminarın məqsədi də bütün bu sadalanan ideyaları sənətkarlara və bu sahə ilə məşğul olan insanlara çatdırmaqdan ibarətdir.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında