Qarabağın mədəni irsi mövzusunda konfrans keçiriləcək

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İstanbul şəhərində İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (İRCİCA) baş direktoru Halit Erenlə görüşüb.

Fondun prioritet məqsədlərindən danışan Günay Əfəndiyeva son illər türk dünyası mədəniyyətini və irsini qorumaq, öyrənmək və təbliğ etmək məqsədilə həyata keçirilən tədbirlər və layihələrdən söhbət açıb.

İRCİCA-nın baş direktoru Halit Eren fondun türkdilli xalqların zəngin mədəni irsinin, tarixi abidələrinin mühafizəsi istiqamətində gördüyü işlərin əhəmiyyətini vurğulayaraq, bu işlərə dəstək göstərməyə hazır olduqlarını qeyd edib.

Görüşdə iki qurum arasında ötən il imzalanmış anlaşma memorandumu əsasında əməkdaşlıq münasibətlərinin daha da gücləndirilməsi, yeni layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Dağlıq Qarabağ ərazisində dağıdılan və ya məhv olma təhlükəsi ilə üzləşən maddi-mədəni irsin qorunması mövzusunda bu il birgə konfransın təşkil edilməsi qərara alınıb.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında