Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi” keçirilir

Özbəkistanın ikinci böyük şəhəri olan Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi” keçirilir. Silsilə tədbirlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı, Səmərqənd Vilayət Hakimiyyətinin dəstəyi ilə reallaşıb.

Həmid Alimcan adına Səmərqənd Vilayət Musiqili Dram Teatrının qarşısında – açıq havada təşkil olunan açılış tədbirində şəhər hakimiyyətinin, elm, mədəniyyət, gənclər təşkilatlarının nümayəndələri, yerli azərbaycanlılar iştirak ediblər.

Mərasimdə çıxış edən Səmərqənd Vilayət Hakimiyyəti başçısının müavini Toliib Nabiev Azərbaycan xalqını istiqlalının 100 illiyi münasibətilə təbrik edib, xalqlarımız arasında dostluq əlaqələrindən danışıb. O, Səmərqənddə çoxsaylı tədbirlər keçirən və iki xalqın dostluğunu təbliğ edən Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

Tədbirdə Özbəkistanın “Asl”, “Özbəyim yoşları” musiqi qruplarının müğənniləri milli musiqimizi səsləndiriblər. Özbək musiqiçilər də Azərbaycan musiqilərini ifa edərək bayram tədbirinə öz töhfələrini veriblər. Azərbaycanlı saz ustalarının çıxışları isə tədbirə xüsusi rəng verib, tamaşaçıların çoxsaylı alqışları ilə qarşılanıb.

Tədbir çərçivəsində “Cümhuriyyətinin 100 illik yubileyi mübarək, Azərbaycan!” adlı foto-kitab sərgisi, habelə açıq meydanda milli mədəniyyətimizi özündə əks etdirən stend qurulub, Azərbaycan suvenirləri, xalçalarımız, kəlağayılarımız  nümayiş olunub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin milli geyimlər kolleksiyasına aid Qarabağ geyimləri iştirakçılara təqdim edilib. Səmərqənddəki Yoshlar-Gənclər təşkilatının fəalları moda sərgisində ilk dəfə olaraq Azərbaycanın Qarabağ bölgəsinə aid geyimləri sərgiləyiblər.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında