“Qalxan və qılınc” sənədli filmi təqdim olundu

Ekran əsəri ulu öndər Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri olarkən erməni millətçilərinin təxribatçılıq əməllərinə qarşı mübarizəsindən bəhs edir.

Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşkilatçılığı ilə “Qalxan və qılınc” sənədli filminin təqdimatı keçirildi. Ekran əsəri ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilib.

Film sovet hakimiyyəti dövründə respublikanın təhlükəsizlik orqanlarına (Dövlət Təhlükəsizlik Komitəsi) rəhbərlik edən ulu öndərin bilavasitə səyi nəticəsində xalqımıza qarşı erməni təxribatının qarşısının alınması və cinayətkarların cəzalandırılması ilə bağlı hadisələri özündə əks etdirir.

Ekran əsərinin nümayişindən öncə Azərbaycan Respublikası Kinematoqrafçılar  İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək film haqqında məlumat verdi: “Qalxan və qılınc” son illər ərzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təqdim etdiyi ən uğurlu layihələrdən biridir. Filmin rejissoru Etibar Məmmədovun yaradıcılığında Dağlıq Qarabağ mövzusu aparıcı yer tutur. Onun ekranlaşdırdığı filmlər maraqlı və təsirlidir. Bu, sırf kinopublisistik janrda ekranlaşdırılan filmdir. Filmin mərkəzində ümummilli liderimiz Heydər Əliyevin siyasəti, onun erməni daşnaklarına qarşı apardığı mübarizə dayanır. Ekran əsərindən məlum olur ki, ümummilli lider ermənilərin məkrli siyasətini bilirdi və bu hücumlara qarşı mübarizə aparırdı. “Qalxan və qılınc” filmi də faktlar əsasında ekranlaşdırılıb.

Filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən bəhs edən filmi çəkməsini özü üçün şərəfli olduğunu vurğuladı. Bildirdi ki, belə sənədli filmlərin ərsəyə gətirilməsi ulu öndərin xidmətlərinin daha geniş şəkildə tanıdılması və təbliğ olunması baxımdan vacibdir. O, ekran əsərinin ərsəyə gəlməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi.

Daha sonra sənədli film nümayiş olundu.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında