Kiçik rəssamların rəngli dünyası “Mədinə” uşaq qalereyasında

Hər biri öz rəngli dünyası və arzularını fırçanın dili ilə rəsm əsərlərinə çevirmişdi.  Çəkdikləri rəsmlərin mövzu rəngarəngliyi və uşaq dünyası aydın hiss edilirdi. Bakının Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Mədəniyyət Mərkəzinin bir qrup istedadlı yetirməsinin rəsm əsərlərinin ictimaiyyətə təqdimatı  “Mədinə” uşaq qalereyasına gələn rəsm həvəskarlarının da marağına səbəb olub. Beş yaşdan 14 yaşacan olan uşaqların əl işlərinin nümayiş olunduğunu bildirən rəssam Ayşə Məhərrəmova tələbələrinin müxtəlif mövzulu əsərlərlə çıxış etdiklərini qeyd edib. “Sevindirici haldır ki, tələbələrimin ilk dəfə olaraq əsərləri nümayiş edilir. Bu rəssamlığa həvəsi olan uşaqlar üçün böyük bir stimuldur. İnanıram ki, bu sərgi onları daha da yaxşı əsərlər yaratmağa həvəsləndirəcək. Sərgidə 26 uşağın 30-dan çox əsəri təqdim edilib.”— deyə o bildirib.

Maştağa Mədəniyyət Evinin rəhbəri Tofiq Dadaşov uşaqların əl işlərini yüksək qiymətləndirib və sərgiyə baxış olduqdan sonra  iştirakçılar sertifikat və fəxri fərmanlarla təltif ediliblər.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında