Yeni nəşr: ”Azərbaycan Xalq Cümhuriyyəti: Dil məsələləri”

Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə filologiya elmləri üzrə fəlsəfə doktoru Elçin İbrahimovun "Azərbaycan Xalq Cümhuriyyəti: Dil məsələləri" kitabının təqdimatı keçirilmişdir.

Təqdimat mərasimini Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdəmir açmışdır.Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Cümhuriyyətin görkəmli şəxsiyyətlərinin əziz xatirsinə ithaf olunan kitabın ön sözünün müəllifi, Azərbaycan Dillər Univesitetnin (ADU) rektoru, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Kamal Abdullayev çıxış edərək  demişdir ki, Elçin İbrahimovun kitabı ilə biz Azərbaycan Xalq Cümhuriyyətinin dil quruculuğundakı fəaliyyətinə qiymət veririk.

Kitabın rəyçiləri-AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru,filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylu, ADU Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya  elmləri doktoru, professor Adil Babayev, Hədəf Şirkətlər qrupunun baş direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq, Nehrəm Xeyriyyə Cəmiyyəti İctimai Birlıiyinin sədri Vahid Bayramov, AMEA Folklor İnstitutunun direktoru akademik Muxrtar İmanov, AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, ADU Azərbaycanşünaslıq laboratoriyasının rəhbəri,tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidi çıxış edərək dəyərli kitabın  Azərbaycan Xalq Cümhuriyyətinin dövrünə aid arxiv sənədləri əsasında yazılmasında müəllifin dil siyasəti və əlifba məsələlərində xalqın milli mənafeyindən çıxış etməsini yüksək qiymətləndirmiş və müəllifə  yeni yaradıcılıq uğurları  arzulamışlar.

Sonda kitabın müəllifi Elçin İbrahimov çıxışında kitabın hazırlanması, nəşri, apardığı  tədqiqatlar zamanı ona yaxından kömək  və dəstək göstərən,  elmi mənbələrdən istifadəyə istiqamətləndirən  alimlərə və  elmi əsərini yüksək dəyərləndirənlərə-hər kəsə minnətdarlığını  bildirmişdir.

Afət Sadıqoğlu,
                                   “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında