Əlyazmalarımızı dünyada tanıtmaq və təbliğ etmək vacibdir

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda III beynəlxalq elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq tədbirin Prezident İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında müvafiq Sərəncamına əsasən təşkil edildiyini söyləyib. Bildirib ki, məhz dövlət müstəqilliyi illərində digər sərvətlərimiz kimi əlyazmalar xəzinəmizin də dünyada yerini, mövqeyini, imkanlarını öyrənmək şəraitinin qazanılması builki konfransın aktuallığını daha da artırır.

www.science.gov.az saytı yazır ki, dünya kitabxanalarındakı əlyazmaların öyrənilməsində və tədqiqində Əlyazmalar İnstitutunun rolundan söz açan AMEA-nın vitse-prezidenti konfransın nəticələrinin səmərəli olacağına inamını ifadə edib. 

Sonra çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirib ki, ənənəvi olaraq keçirilən tədbirin təşkilinin məqsədi əlyazmalar üzrə tədqiqatçıların diqqətini Azərbaycana yönəltmək və ölkəmizi beynəlxalq aləmdə elm və mədəniyyət ocağı kimi tanıtmaqdır.

Tədbirdə Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlinin “Cümhuriyyət dövrünün ədəbi konsepsiyasi (M.Ə.Rəsulzadənin ədəbi görüşləri)”, Əlyazmalar İnstitutunun direktor  müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun “Nəsib bəy Yusifbəylinin “Təslim” hekayəsi”, filologiya üzrə elmlər doktoru Nailə Səmədovanın “Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülündə Yusif Vəzirin fəaliyyəti”, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovanın “Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir” mövzusunda məruzələri dinlənilib.

Konfrans işini bölmə iclasları ilə davam etdirib. 

İclaslarda ümumilikdə əllidən artıq məruzə dinlənilib.

 

                                                            Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında