"Azərbaycan incəsənətində Xalq Cümhuriyyətinin tarixi və şəxsiyyətləri"

İyunun 20-də saat 11:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan "Azərbaycan incəsənətində Xalq Cümhuriyyətinin tarixi və şəxsiyyətləri" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

www.science.gov.az saytının məlumatına görə, Memarlıq və İncəsənət İnstitutu tərəfindən təşkil olunacaq tədbirdə Ü.Hacıbəyli və M.Maqomayevin "Azərbaycan türk el nəğmələri" (1927) nəşri əsasında "Fortepiano işləmələri" (1928) əlyazma toplusunun təqdimatı da olacaq. 

Konfransda "Azərbaycan Respublikasının dövlət rəmzləri şəbəkə sənətində", "Müasir bədii sənətkarlıq Özbəkistan milli mədəniyyətinin əsası kimi", "Azərbaycan Xalq Cümhuriyyətinin teatr siyasəti", "Cümhuriyyətin baş memarı Zivərbəy Əhmədbəyov", "Təsviri sənətdə Cümhuriyyət" və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Ünvan: Bakı ş., H.Cavid pr.129

                                                                            Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında