Şagird və tələbələr arasında keçirilmiş bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırılıblar

İyunun 13-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə ali, orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilmiş bədii yaradıcılıq müsabiqə-festivalının qaliblərinin mükafatlandırılması mərasimi olub.
 
AZƏRTAC xəbər verir ki, festival Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ümummilli lider Heydər Əliyevin doğma Vətən və xalq qarşısında müstəsna xidmətlərindən danışıb. Cəmiyyətin inkişafında elmin, təhsilin, mədəniyyətin, idmanın mühüm rolunu vurğulayan AHİK-in sədri dahi rəhbər Heydər Əliyevin bu sahələrə daim xüsusi önəm verdiyini, ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrindən bəhs edən S. Möhbalıyev Azərbaycanın sürətlə inkişaf etdiyini, dünya ölkələri arasında nüfuzunun daha da yüksəldiyini diqqətə çatdırıb.  
AHİK-in sədri bədii yaradıcılıq müsabiqə-festivalı ilə bağlı fikirlərini söyləyib. Bildirilib ki, festivalın keçirilməsinin məqsədi şagird və tələbələrin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, istedadlı gənclərin aşkara çıxarılması, onların bacarıqlarının inkişaf etdirilməsinə dəstək göstərilməsi və bədii-estetik səviyyələrinin yüksəldilməsidir.
Festivalın yekun konsertində 19 ali, 12 orta ixtisas və 11 peşə təhsili müəssisəsinin 200-dən çox şagird və tələbəsi iştirak edib. 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi böyük diqqət və qayğıdan danışıb, festivalın əhəmiyyətini vurğulayıb. 
Sonra festivalın qaliblərinə mükafatlar təqdim olunub.
Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və BŞTİ  tərəfindən paytaxtın təhsil müəssisələrinin müəllimləri arasında beş idman növü üzrə, həmçinin respublika ümumtəhsil müəssisələrinin müəllimləri arasında şahmat idman növü üzrə təşkil olunmuş  yarışların qalibləri də mükafatlandırılıblar. 
Qaliblərə pul mükafatı, qiymətli hədiyyələr, diplom və fəxri fərmanlar verilib.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında