Misir telekanalında Azərbaycan mədəniyyətindən bəhs edən veriliş yayımlanıb

Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin təşəbbüsü ilə Misirin “əl-Fədaiyyə əl-Misriyyə” dövlət televiziya kanalında canlı yayımda “Mənim xanımım” proqramı respublikamıza həsr edilib.
 
Verilişdə Diaspor Təşkilatları Birliyinin sədr müavini, “Aynu Şəms” Universitetinin Azərbaycan dili müəllimi Sədaqət Səmədova, diaspor fəalı, “Əl-Əzhər” Universitetinin Azərbaycan dili müəllimi İnarə Osmanova və övladları Sandi Səlim və Şeyxəli Nəsirov iştirak ediblər.
Verilişin əvvəlində ölkəmizin müasir simasını əks etdirən videoçarx göstəriləndən sonra iştirakçılar iki dövlət arasında tarixi və mədəni əlaqələrdən, Azərbaycanın tarixi, coğrafıyası, qədim və zəngin mədəniyyətindən, turizm potensialından danışıb, Ramazan ayının Azərbaycanda qeyd olunması barədə geniş söhbət açıblar.
Canlı yayımda Azərbaycan mətbəxinin ləziz təamları və milli geyimlər də təqdim olunub. Verilişin sonunda uşaqlar “Sarı gəlin” xalq mahnısını ifa ediblər, Səməd Vurğunun “Azərbaycan” şeirini ana dilində və ərəb dilində oxuyublar.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında