Əfşarlar tarixinin az tədqiq olunmuş dövrü haqqında yeni nəşr

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, t.ü.f.d. Nigar Gözəlova və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun  əməkdaşı, fil.ü.f.d. Əkrəm Bağırovun “XVIII əsrin 30-40-cı illərində Nadir şah Əfşarın Bağdad yürüşləri” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

www.science.gov.az saytının məlumatına görə, kitab Əfşarlar dövlətinin tarixində az tədqiq edilmiş dövrlərdən biri – Nadir şahın Bağdad yürüşlərinin araşdırılmasına həsr olunub. Əsərdə Nadir şahın yeni tapılmış ərəb dilli fərmanlarının Azərbaycan və rus dillərində olan tərcümələrinin də tədqiqata əlavə edilməsi həmin dövrün daha dərindən işıqlandırılmasına xidmət edir.

Nəşrin elmi redaktoru və ön sözün müəllifi, Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, rəyçiləri isə professor Kamandar Şərifov və t.ü.f.d. Aynur Hacıqədirlidir.

 

                                                                     Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında