“Naxçıvan ədəbi mühitinin yetirməsi: Seyid Səbri”

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun “Naxçıvan ədəbi mühitinin yetirməsi: Seyid Səbri” adlı monoqrafiyası işıq üzü görüb. Seyid Səbrinin həyatı, fəaliyyəti və yaradıcılığı haqqında sistemli araşdırmaların nəticəsi olan yeni nəşr filologiya üzrə elmlər doktoru Hüseyn Həşimlinin elmi redaktorluğu, filologiya üzrə elmlər doktorları Ramiz Qasımov və Əli Həşimovun rəyi ilə çap olunub.

www.science.gov.az saytı yazır ki, monoqrafiyada XX əsrin 20-70-ci illərində Naxçıvan ədəbi mühitində özünəməxsus iz buraxan Seyid Səbri Əsədlinin (1896-1974) mühiti, həyatı, ədəbi fəaliyyətinin əsas istiqamətləri və bədii yaradıcılığından bəhs olunur. Əsərdə ilk dəfə olaraq Seyid Səbrinin vaxtı ilə mətbuatda dərc edilən yazıları, bu günədək heç yerdə çap olunmayan lirik və satirik şeirləri, felyetonları və pyesləri tədqiqata cəlb edilib.

 

               Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında