“Milli qurtuluş,- müasir Azərbaycanın inkişafının başlandığı tarix”

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş “Milli qurtuluş,- müasir Azərbaycanın inkişafının başlandığı tarix”  adılı “dəyirmi masa” keçirilib.

Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açaraq qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə əsas məqsədi müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir.  Həqiqətən də Heydər Əliyevin  yenidən hakimiyyətə qayıdışını  Azərbaycan xalqının milli qurtuluşu, milli xilası kimi qiymətləndirmək olar.

Yasamal rayonu Ağsaqqallar Şurasının üzvü Rafiq Cavadov bildirdi ki,  Heydər Əliyev bizim dahi müasirimiz, Azərbaycanın tarixi inkişaf prosesinə təkan verən,  taleyin xalqımıza bəxş etdiyi böyük  şəxsiyyətdir. Rafiq Cavadov çıxışında  Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından qabaq ölkədə yaranan hərc-mərclikdən danışıb, dahi rəhbərin çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldığını, milli qurtuluşumuzun zəfər yürüşünün əsasını qoyduğunu xüsusi vurğulamışdır.

BDU-nun beynəlxalq münasibətlər  fakültəsinin tələbəsi Alişan Qulaməliyev   çıxış edərək bildirdi ki, Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. 

Kitabxanaçı Şəlalə Cəfərli Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin  formalaşmasından danışıb,  bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyətə malik olduğunu  qeyd etmişdir.

Tədbir boyu Milli Qurtuluş Gününə həsr olunmuş video çarx  nümayiş etdilmişdir.   

Sonda “Azadlığa gedən yol” adlı kitab sərgisinə baxış keçirilmişdir.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında