Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanovun kitabı Ukraynada nəşr olunub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanovun müəllifliyi ilə ərsəyə gəlmiş və Ukraynada "Dostluq" cəmiyyəti tərəfindən nəşr olunmuş “Сказання про азербайджанську кухню” kitabının təqdimat mərasimi keçirib.

Tədbirdə Ukraynanın Azərbaycandakı səfirliyinin konsulu Oleksandr Senchenko, millət vəkili Qənirə Paşayeva, Ukrayna "Dostluq" Cəmiyyətinin sədri Murad Ömərov, Mədəniyyət Nazirliyinin nümayəndəsi Şəfiqə Muradova, Azərbaycan Ukraynalılar Konqressi sədr müavini Petr Petroviç Qurtovenko, Slavyan Universitetinin əməkdaşı Yaqut Baxışova, “Savalan” şərablarının istehsalçısı "Aspi-Aqro" MMC-nin nümayəndəsi Könül Kərimova çıxış ediblər.

Qeyd edək ki, T.Əmiraslanovun “Сказання про азербайджанську кухню” kitabı Xarkov vilayəti Azərbaycan-Ukrayna "Dostluq" Cəmiyyəti tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə ukraynaca nəşr olunub. “Сказання про азербайджанську кухню” kitabında dastanlar müxtəlif səpgilərdə, müxtəlif stillərlə, müxtəlif kontekstlərlə verilib. Yazılarda Azərbaycan mətbəxi, mədəniyyəti tərənnüm edilib. Kitabda lavaş, kabab, böyrək, dolma, dönər, küftə, xaş, plov, xəngəl, paxlava həmçinin samovar və armudu stəkan haqqında dastanlar yer tutub.Bu layihənin keçirilməsində əsas məqsəd Azərbaycan xalqının çox əsrlik milli və mədəni ənənələrinin qorunması, Ukrayna və Azərbaycan mədəniyyətinin yaxınlaşması, Azərbaycan milli mətbəxi haqqında daha geniş məlumatı ukraynalı oxucuya çatdırmaqdır.

Kitabın ön sözü Xarkov vilayəti Azərbaycan-Ukrayna "Dostluq" Cəmiyyətinin sədri, texniki elmlər doktoru, professor Murad Ömərova, professor texniki elmlər namizədi, Xarkov İctimai İaşə və Ticarət Universitetinin rektoru O.İ.Çerevko və professor texniki elmlər namizədi, Xarkov Texniki İqtisad kollecinin direktoru, Ukrayna kulinariya Assosiasiyasının vitse-prezdenti L.O Radçenkoya məxsusdur. Kitab ali məktəb, ixtisas məktəbləri, mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.Kitabın ilkin təqdimatı Xarkovda keçirilib.

Tədbirdə həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının nəzdində olan Kulinariya şurası qarşısında imtahan verərək ixtisas dərəcələrini artıran aşpazlar Araz Əhmədova (usta dərəcəsi ilə), Seymur Cavadova (usta dərəcəsi ilə), Rəşad Ağayevə (VI dərəcə ilə), Ağa Salamova ( VI dərəcə ilə) diplomları təqdim olunub.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında