Amerikalı səyyahlar üçün Azərbaycanın mədəniyyət və kulinariya aləminə ilk ekskursiya nəzərdə tutulur

naxcivantv.azın verdiyi xəbərə görə, iyulun 3-10-da Azərbaycanda ilk dəfə ABŞ-dan olan turistlər üçün mədəniyyət və kulinariya aləminə ekskursiya təşkil ediləcək.

Ekskursiyanın təşkilatçısı “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabına görə beynəlxalq mükafatlara layiq görülmüş Fəridə Buyurandır.

NUHÇIXAN xəbər verir ki, Bakıdan başlayacaq ekskursiya ölkənin bir neçə regionunda, o cümlədən Quba, İsmayıllı, Qəbələ, Şəki, Qax və Balakəndə davam etdiriləcək. Proqramda müxtəlif mədəniyyət və kulinariya ənənələri olan Xınalıq, Qırmızı Qəsəbə, Lahıc, İvanovka, Nic və İlisu kimi yaşayış məntəqələrinin irsi ilə yaxından tanışlıq nəzərdə tutulub.

Amerikalı səyyahlardan və könüllülərdən ibarət kiçik qrup üçün ekskursiya onların Azərbaycan mətbəxinin və mədəniyyətinin xüsusiyyətləri ilə tanış olmaları üçün təşkil edilir. Səyahət çərçivəsində restoranlarda baş aşbazlar, bölgələrdəki evlərdə yerli aşbazlar tərəfindən ustad dərsləri keçiriləcək, yeməklərin bişirilməsi qaydası təqdim ediləcək. Qonaqlar yerli bazarlara, şərab zavodlarına, tarixi yerlərə, muzeylərə, sənətkar emalatxanalarına gedəcək, rəssamlarla görüşəcək və digər mədəniyyət tədbirlərinə qatılacaqlar.

Tur iştirakçıları arasında tanınmış kulinariya tarixçisi, Cənubi Kaliforniya ştatının Kulinariya Tarixçiləri Assosiasiyasının prezidenti Çarlz Perri, təşkilatın digər üzvləri, kulinariya və mədəniyyətlər sahəsində professorlar və həvəskar tədqiqatçılar  olacaqlar.

Fəridə Buyuran populyar “azcookbook.com” bloqunun, 2014-cü və 2015-ci illərdə iki dəfə nəşr edilmiş “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” (“Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan”) kitabının müəllifidir. 336 səhifədən ibarət kitab oxuculara Qərb ölkələri şəraitinə uyğunlaşdırılmış 200 adda dadlı qəlyanaltı və salatın, növbənöv şorbanın, xəmir, ət, tərəvəz və yumurtadan hazırlanmış xörəklərin, çörək və plov növlərinin, içki və desertlərin reseptlərini təqdim edir.

İsaq Əmənullayev
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında