Naxçıvanda “İslam filmləri həftəsi” keçiriləcək

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclasında bildirib. 
Ali Məclisin sədri deyib ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Naxçıvanda “İslam filmləri həftəsi”nin keçirilməsi üçün ölkələri və filmləri müəyyənləşdirməli, bu ilin sentyabr ayında İslam dinini olduğu kimi təqdim edən filmlərdən ibarət “İslam filmləri həftəsi” keçirilməlidir.
Tədbirlər Planına əsasən, 2018-ci ildə “İslam dini və ailə dəyərləri” mövzusunda konfrans, iyunun 20-dək “İslam dəyərləri: Ramazan və Qurban bayramları” mövzusunda elmi forum təşkil edilməlidir.
V. Talıbov Naxçıvanda İslam dininə, onun dəyərlərinə və mahiyyətinə uyğun münasibətin formalaşdığını, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsinin isə bu qədim diyarın tanıdılması baxımından mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb, açılış tədbirinin ölkə və dünya mətbuatında geniş işıqlandırılmasının vacibliyini qeyd edib.
M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında