Aşıq Şəmşirin anadan olmasının 125 illiyi UNESCO-da qeyd edildi

moderator.az saytında verilən xəbərə görə, Parisdə, UNESCO-nun mənzil-qərargahında “Qeyri-maddi mədəni irsin mühafizəsi haqqında Konvensiya”nın iştirakçı dövlətlərinin Baş Assambleyasının 7-ci sessiyası keçirilib. Sessiya çərçivəsində, habelə UNESCO-da akkreditasiyadan keçmiş qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə UNESCO QHT Forumu baş tutub.

Moderator.az xəbər verir ki, UNESCO QHT Forumunda Aşıq Şəmşirin anadan olmasının 125 illiyi qeyd edilib. İctimai birliyin nümayəndəsi Fazil Qasımov forumda Aşıq Şəmşirin ədəbi irsi haqqında ətraflı məlumat verib. Azərbaycanın aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO-da məsləhətçi statusu qazanması ilə ölkəmizdə bu sənətin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən Fazil Qasımov milli mədəniyyətin qorunub saxlanmasında xalq musiqisinin əvəzsiz rolunu vurğulayıb.

O, həmçinin UNESCO-nun qeyri-maddi mədəni irs şöbəsinin müdiri Tim Kurtis ilə görüşüb. Görüşdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO ilə əməkdaşlığının yeni layihələrlə daha da genişlənəcəyinə əminlik ifadə olunub. Fazil Qasımov Aşıq Şəmşirin anadan olmasının 125 illiyinə ithaf olaraq düzəldilmiş sazı və sənətkarın ifa etdiyi 75 saz havasından ibarət diski UNESCO-nun sözügedən şöbəsinə hədiyyə edib.

Qeyd edək ki, sessiya ərzində Baş Assambleyanın keçirildiyi binada “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin stendi qurulub. Ziyarətçilərə Azərbaycanın qeyri-maddi mədəni irsi, aşıq sənəti və ictimai birliyin fəaliyyəti barədə məlumat verilib.

İsaq Əmənullayev
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında