Bakıda Puşkinin 219 illiyi qeyd olunub

 Böyük rus yazıçısı və şairi Aleksandr Sergeyeviç Puşkinin 219 illiyi ilə bağlı onun Bakıdakı abidəsi önündə mərasim keçirilib.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin, "Sodrujestvo" cəmiyyətinin nümayəndələri iştirak edib. Açılış mərasimində  çıxış edən Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Artyom Barkov bildirib ki, 6 iyun BMT Baş Asaambleyası tərəfindən “Rus Dili Günü” elan olunub: "Bu gün bütün dünyada “Rus Dili Günü” kimi qeyd olunur. Rus dili  dünyada ən çox yayılmış 10 dildən biridir. Bu dildə 300 milyondan çox adam danışır. Rus dili mədəniyyət, incəsənət dilidir. Dünyada özünə hörmət edən insanlar rus klassikasını tanıyırlar. Burada isə ilk yerdə Aleksandr Puşkin və onun yaradıcılığı dayanır. Onun şeirləri, əsərləri bütün dünya uşaqlarına tanışdır. Onu oxuyurlar, tərcümə edirlər".

Daha sonra Səbail rayon orta məktəblərinin şagirdləri Puşkinin şeirlərini səsləndirib, əsərlərini səhnələşdiriblər.

M.Mükərrəmoğlu,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında