Azərbaycan alimlərinin kitabı Paris sərgisində qızıl medala layiq görülüb

 38-ci Beynəlxalq Paris Luvr kitab sərgisində Fransa, Rusiya, Almaniya və digər Avropa ölkələri müəlliflərinin elmi və pedaqoji fəaliyyətinin intensivliyini artırmaq, monoqrafiya, dərslik, metodik vəsait və elektron nəşrlərin elmi paylaşımını gücləndirmək məqsədilə 30 min kitabın sərgisi təşkil olunub.
 SİA-nın xəbərinə görə, AMEA Naxçıvan bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, institutun hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova və Fərəh Heydərovanın həmmüəllifi olduqları “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri” adlı kitab da sərgidə nümayiş etdirilib.Bu kitab sərginin qızıl medalına layiq görülüb. 
Bundan əlavə, həmin kitab bu il Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən V Beynəlxalq təhsil sərgisinin də diplomuna layiq görülüb. Kitabın rus və ingilis dillərində xülasəsi sərginin kataloqunda dərc olunub.
M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında