Akademik Zahid Xəlilovun “Funksional analizin əsasları” kitabının təqdimatı olub

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda XX əsrdə Azərbaycanda riyaziyyat məktəbinin banisi, Əməkdar elm xadimi, pedaqoq, ictimai xadim, akademik Zahid Xəlilovun ikinci dəfə Moskvada çapdan çıxmış “Funksional analizin əsasları” kitabının təqdimatı olub.

www.science.gov.az saytının məlumatına görə, tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov görkəmli alimin Azərbaycan riyaziyyat elminə və onun inkişafına verdiyi töhfələrdən, fəaliyyətinin dünya alimləri tərəfindən yüksək qiymətləndirilməsindən danışıb. Qeyd edib ki, milli riyaziyyat məktəbimizin banilərindən olan Zahid Xəlilovun elmə gətirdiyi yeni istiqamətlər və ideyalar riyaziyyat elmi sahəsini zənginləşdirib, neçə-neçə alimlərin yetişməsinə təkan verib.

 M.Mərdanov funksional analiz üzrə rus dilində ilk monoqrafiyanın - “Funksional analizin əsasları”nın 1949-cu ildə Z.Xəlilov tərəfindən çap edildiyini diqqətə çatdırıb. Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının qərarı ilə ikinci dəfə Moskvada yenidən çap olunan monoqrafiyanın nəzəri və praktiki baxımdan əhəmiyyətindən bəhs edən alim nəşrdə “Zahid Xəlilovun riyaziyyat elminin inkişafında rolu” adlı məqalənin də yer aldığını bildirib. Qeyd olunub ki, fitri istedada malik Z.Xəlilov dünya riyaziyyatında ilk dəfə olaraq qiymətləri Banax fəzasından olan funksiyalar sinfində diferensial tənlikləri tədqiq edib. Riyaziyyatda Banax cəbrində sinqulyar tənliklərin həlli üçün ümumi bir metod “Zahid İsmayıl oğlu Xəlilov nəzəriyyəsi” adı ilə tanınır.

Tədbirdə akademik Ramiz Məmmədov, professorlar Məmməd Bayramoğlu, Sabir Mirzəyev, Ramiz Aslanov, Əkbər Əliyev, Araz Əliyev, Hidayət Hüseynov və digər çıxış edənlər böyük alimin elmi və pedaqoji fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Sonda çıxış edən Hikmət Xəlilov göstərilən yüksək hörmət və ehtirama görə alimin ailəsi adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 

                                                                       Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında