Azərbaycan xalçaları Çin Xalq Respublikasında keçirilən Çinqay Beynəlxalq xalça sərgisində

Çin Xalq Respublikasının Sinin şəhərində Çinqay Beynəlxalq xalça sərgisi keçirilir. Sərginin məqsədi qədim, ənənəvi və müasir üslubda toxunulan xalçaların nümayişi və xalça istehsalı ilə məşğul olan şirkətlərin Çin bazarı üzrə marşrutunun  genişləndirilməsindən ibarətdir.
Sərgidə 50-dən çox ölkənin xalça sahəsində aparıcı assosiasiyaları, xalça istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri iştirak ediblər. 
Azərbaycanın müxtəlif bölgələrinə aid ənənəvi xalça nümunələri, milli geyimlər, zərgərlik məmulatları, eləcə də ölkəmizin xalçatoxuma texnikası da sərgidə nümayiş edilir. Burada keçirilən ustad dərslərində Qarabağın zəngin xalça mədəniyyəti və xovlu xalça texnikası da göstərilmişdir.
Azərbaycanın guşəsinə böyük maraq göstərən tamaşaçılar  və media nümayəndələrinə ölkəmizin  xalça sənəti və onun xalqımızın gündəlik həyatındakı rolu haqqında dolğun məlumat verilir.
Sərgi çərçivəsində keçirilən “dəyirmi masa” və konfransda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyi nümayəndələri fəal iştirak etmiş, xalça sahəsi üzrə əməkdaşlıq imkanlarının daha da gücləndirilməsi istiqamətində müzakirələr aparmışlar.
Çinqay Beynəlxalq xalça sərgisində Azərbaycanın müxtəlif bölgələrinə aid xalçaların nümayiş olunması onların geniş auditoriyaya tanıdılmasına mühüm  töhfədir.
M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında